Balkan yarımarafonu üzrə çempionat Zaqrebdə keçiriləcək
Balkan yarımarafonu üzrə çempionat avqustun 23-də Zaqrebdə keçiriləcək.

Üzv federasiyalardan daxil olun müraciətlər əsasında yarış təxirə salınmayıb.

Xorvatiya Atletika Federasiyası və Zaqreb yarımarafonun təşkilatçıları kütləvi yarışı keçirmək üçün böyük hazırlıq işləri görüblər.

Qeyd edək ki, Serbiya sentyabrın 5-də hökumətin tətbiq etdiyi sərt məhdudiyyətlər və qadağalar üzündən Kralevoda keçirilməsi nəzərdə tutulan U18 Balkan çempionatını ləğv etmək məcburiyyətində qalıb.

Xəbər 774 dəfə oxundu.