"Azərreyl" klubu kapitanı ilə yollarını ayırıb
Bakının qadın voleybolçulardan ibarət "Azerreyl" klubu ötən mövsümdə komandanın kapitanı olmuş sloveniyalı oyunçu Moytsa Pene ilə yollarını ayırıb.

31 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2020/2021-ci il mövsümündə Çağırış kubokunda iştirakdan imtina edən "Azerreyl" ilin əvvəlində əcnəbi oyunçularla imzalanmış müqavilələrə xitam vermək üçün legionerlərlə danışıqları davam etdirir.

Xəbər 747 dəfə oxundu.