“Azərreyl” klubu Çağırış kuboku yarışlarında iştirakdan imtina edib
Azərbaycan koronavirus pandemiyası ilə əlaqədar voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümündə təmsil olunmayacaq.

AZƏRTAC xəbər verir ki, ölkəmizi qitə miqyaslı turnirlərdə təmsil etməli olan yeganə klub – Bakının qadınlardan ibarət “Azərreyl” komandası avrokuboklarda mübarizə aparmayacaq. Çağırış kubokunda çıxış etməli olan Bakı klubu koronavirusla bağlı məhdudiyyətlər üzündən turnirə qatılmamağı məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi artıq bu barədə Avropa Voleybol Konfederasiyasına (CEV) da məlumat verib.

Avrokubok turnirlərinin püşkü avqustun 21-də atılacaq.

Xəbər 677 dəfə oxundu.