“Arsenal” “Çelsi”nin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir
“Arsenal” klubu “Çelsi”nin yarımmüdafiəçisi Villianı heyətinə qatmaq istəyir.

“Arsenal” 31 yaşlı oyunçunun keçidi üçün qarşı tərəfə üçillik müqavilə təklif edib. Rəsmi transferin digər şərtləri ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, Villian cari mövsüm “Çelsi”nin heyətində 36 oyun keçirib, 9 qol vurub və 9 assist edib.


Xəbər 631 dəfə oxundu.