“Sumqayıt” “Qəbələ”yə minimal fərqlə uduzub
Avqustun 5-də Azərbaycanı birinci dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası növbəti yoxlama görüşündə "Qəbələ" ilə qarşılaşıb.

Ayxan Abbasovun komandası bu görüşdə meydan sahiblərinə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəlki sınaq matlarında "Neftçi"yə 0:3, "Sabah"a 0:1 hesabı ilə məğlub olub. "Qəbələ" isə "Zirə" ilə qolsuz heç-heçə edib, "Səbail"ə uduzub - 1:2.

Xəbər 675 dəfə oxundu.