“Bakı”nın hər 2 oyunu canlı yayımda
“Bakı” klubunun Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi hər 2 qarşılaşma televiziya ilə canlı yayımlanacaq. İdman.com.az saytının məlumatına görə, Sloveniyanın “Mura” komandası ilə təkcə Bakıdakı deyil, həm də səfərdəki matç tamaşaçılara nümayiş olunacaq. Artıq bu barədə Sloveniya tərəfi ilə razılıq əldə olunub. Həm iyulun 5-də, həm də 12-də baş tutacaq matç AzTV vasitəsilə canlı yayımlanacaq.

fcbaku.com

Xəbər 900 dəfə oxundu.