Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər
Futbol üzrə Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər.

Klublar birliyinin keçirdiyi videokonfransda 1-ci və 2-ci Bundesliqanın 36 komandası fanatların stadionlara qayıtması üçün səs verib.

Klublar birliyinin qərarına əsasən, ilin sonunadək qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. Oyunların ayaqüstə izlənilməsinə və stadionda alkoqollu içkilərin satışına bir müddət icazə verilməyəcək.

Xəbər 613 dəfə oxundu.