Avrokubokların 2020/2021-ci il mövsümünün püşkü onlayn atılacaq
Avqustun 9-da Çempionlar Liqası, ertəsi gün isə Avropa Liqasının 2020/2021-ci il mövsümünün püşkü atılacaq.

UEFA İsveçrənin Nyon şəhərində keçiriləcək tədbiri koronavirus pandemiyasına görə onlayn təşkil ediləcək. Bu səbəbdən klubların nümayəndələri tədbirə dəvət edilməyib.

“Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq.

Xəbər 626 dəfə oxundu.