Portuqaliya çempionatının başlama tarixi müəyyənləşib
Portuqaliya Futbol Federasiyası ölkə çempionatının 2020/2021-ci il mövsümünün start götürəcəyi tarixi açıqlayıb.

Yüksək liqada mübarizəyə sentyabrın 20-də start veriləcək.

Portuqaliya çempionatında 2019/2020-ci il mövsümü iyulun sonunda başa çatıb. Bütün rəqiblərini qabaqlayan “Porto” çempionluq tituluna sahib çıxıb.

Xəbər 613 dəfə oxundu.