Triatlon üzrə Avropa çempionatı ləğv edilib
Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə növbəti Avropa çempionatı ləğv edilib.

Bu barədə Avropa Triatlon İttifaqının (ETU) rəsmi saytında məlumat verilib. Bu addım koronavirus infeksiyasının yayılması səbəbindən səyahət məhdudiyyətlərinə görə atılıb.

Qeyd edək ki, Azərbaycan millisinin də qitə birinciliyində iştirakı nəzərdə tutulmuşdu.

Xəbər 595 dəfə oxundu.