MBA: “Finiks Sanz” son saniyədə qələbə qazanıb
Milli Basketbol Assosiasiyasında (MBA) Qərb Konfransının iddialılarından olan “Los-Anceles Klippers” “Finiks Sanz”la qarşılaşıb.

Orlandoda keçirilən oyuna daha yaxşı başlayan “Finiks Sanz” basketbolçuları ilk iki hissədə rəqibini məğlub edərək böyük fasiləyə 7 xal fərqi ilə öndə yollanıblar – 63:56. Sonradan əzmkar oyun nümayiş etdirən Los-Anceles basketbolçuları üçüncü hissəni öz xeyirlərinə başa vurublar. Görüşün sonlarında “Los-Anceles Klippers” hətta tarazlığı da bərpa edib. Ruhdan düşməyən “Finiks Sanz” sonuncu saniyədə qələbə qazanıb – 117:115.

Görüşün ən yaxşı basketbolçusu “Finiks Sanz”ın üzvü Devin Buker olub. O, 35 xal, 4 ribaund, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarış cədvəlinə “Los-Anceles Leykers” başçılıq edir. Şərq konfransında isə “Miluoki Baks” liderdir.


Xəbər 692 dəfə oxundu.