“Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni yeniləyib
Gəncənin “Kəpəz” futbol klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni yeniləyib.

60 yaşlı mütəxəssis daha bir Gəncə təmsilçisini çalışdıracaq.

Baş məşqçinin yeni futbolçularla danışıqlara başladığı, heyəti formalaşdırmağa çalışdığı qeyd olunub. Seçim zamanı gənclərə üstünlük veriləcək.

Qeyd edək ki, “Kəpəz” birinci divizionun 2019/2020-ci il mövsümündə altıncı olub.

Xəbər 623 dəfə oxundu.