Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır
Mütləq çəkidə keçmiş dünya çempionu Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır.

Bu barədə döyüşçünün meneceri Zsolt Barna məlumat verib. Məlumatda bildirilir ki, R.Consun bu qərara gəlməsinə səbəb 1997-ci ilin iyununda Evander Holifildlə döyüşü zamanı M.Taysonun onun qulağını dişləməsi olub.

E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə edilməklə, həm də diskvalifikasiya olunub.

Əfsanəvi boksçular arasında döyüş sentyabrın 12-nə planlaşdırılıb.
İki amerikalı arasında superfinal Kaliforniyada baş tutacaq. Döyüş 8 raunddan ibarət olacaq.

Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.


Xəbər 671 dəfə oxundu.