Azərbaycan futbolçusu USL çempionatında həftənin rəmzi yığmasına düşüb
Azərbaycan millisinin və ABŞ-ın “Finiks Rayzinq” klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi yığmasına düşüb.

Altıncı turun “El Paso” ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı forvard ən yaxşı “11-lik”də yer alıb.

R.Dadaşovla yanaşı, komanda yoldaşı qapıçı Erik Dik də fərqlənib.
Qeyd edək ki, futbolçumuz cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında ikinci pillədədir.




Xəbər 615 dəfə oxundu.