Ferran Torres “Mançester Siti”yə transfer olunub
İspaniyanın “Valensiya” futbol klubunun yarımmüdafiəçisi Ferran Torresin İngiltərənin “Mançester Siti” komandasına keçidi rəsmiləşib.

20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün İngiltərə təmsilçisinin 23 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, F.Torres cari mövsümdə keçirdiyi 44 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xəbər 624 dəfə oxundu.