ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
Futbol üzrə Rumıniya çempionatında 2019/2020-ci il mövsümünün qalibi müəyyənləşib.

ÇFR çempionluq qrupunun sonuncu turunda ən yaxın izləyicisi “Universitatya Krayova”nın qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.

Bununla da, Kluj təmsilçisi ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə Rumıniya çempionu olub.

Xəbər 570 dəfə oxundu.