“Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib
İtaliyanın “Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Mütəxəssislə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.

“Roma”nın sabiq baş məşqçisi Françeskonun son klubu “Sampdoriya” olub.

Xatırladaq ki, “Kalyari” İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.

Xəbər 637 dəfə oxundu.