“Səbail” klubu makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.

Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.

Xəbər 713 dəfə oxundu.