MBA: “Denver Naqqets” 44-cü qələbəsini qazanıb
Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.

Qərb konfransında çıxış edən iki komanda “Oklahama Siti Tanders” və “Denver Naqqets” üz-üzə gəliblər. Son üç görüşdə məğlub olan Denver basketbolçuları bu dəfə ümidləri doğruldublar. Əksinə, 7 oyundur ardıcıl qələbəyə sevinən Oklahoma komandası isə məğlub olub. Birinci hissədə “Denver Naqqets” 1 xal fərqi ilə üstün olub. İkinci periodu isə 29:27 hesabı ilə Oklahama təmsilçiləri öndə başa vurublar. Qarşıdakı iki hissədə tərəflər xala-xal prinsipi ilə mübarizə aparıblar və hərəyə 109 xal qazanıblar. Qalibi müəyyən etmək üçün əlavə vaxtda daha yaxşı çıxış edən “Denver Naqqets” yekunda 121:113 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Maykl Porter 37 xal və 12 ribaundla gecənin ən yaxşı basketbolçusu seçilib.

Qeyd edək ki, 44-cü qələbəsini qazanan “Denver Naqqets” Qərb konfransında üçüncü pillədə qərarlaşıb. “Oklaham Siti Tanders” altıncıdır. Yarış cədvəlinə isə “Los-Anceles Leykers” başçılıq edir. Şərq konfransında isə “Miluoki Baks” liderdir.

Xəbər 716 dəfə oxundu.