Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək
Formula 1 üzrə dünya çempioantının təşkilatçıları yürüş həftəsonlarının cədvəlini dərc ediblər.

Cədvələ görə, İmolada yalnız bir məşq yürüşünün keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə İmoladakı həftəsonunun cəmi 2 gün davam edəcəyi bildirilib. Komandalara cəmi 2 günün verilməsinin səbəbi isə loqistika ilə əlaqədardır. Portimaodakı yarış cəmi bir həftə əvvəl baş tutacaq və oradan İmolaya 2 min 500 kilometr məsafə var. İtaliyaya getmək və boksları hazırlamaq üçün vaxt tələb olunur. Buna görə həftə sonu yalnız şənbə günü başlayacaq. Həmin gün bir saat yarımlıq yürüş yerli vaxtla saat 10:00-dan 11:30-dək keçiriləcək.

Noyabrın 1-nə planlaşdırılan yarış bazar günü yerli vaxtla 13:10-da başlayacaq.

Tras sonuncu dəfə 2006-cı ildə Formula 1 yarışlarına ev sahibliyi edib.

Xəbər 593 dəfə oxundu.