Avrokubokların cari mövsümünün qalan oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Çempionlar Liqası və Avropa Liqasının 2019/2020-ci il mövsümünün qalan oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Oyunlardan əvvəl koronavirus pandemiyasının qurbanları yad olunacaq.

Futbolçular infeksiya ilə mübarizə aparan tibb işçilərinə minnətdarlıq etmək üçün “Təşəkkürlər” yazılan köynəklər geyinəcəklər.

Xəbər 612 dəfə oxundu.