MHL-də pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir
Milli Hokkey Liqasında (MHL) pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir.

İlk oyunda “Nyu-York Reyncers”i 3:2 hesabı ilə məğlub edən “Karolina Harrikeynz” ikinci oyuna çıxıb.

Qarşılaşma Torontoda keçirilib. Oyuna daha yaxşı başlayan Karolina hokkeyçiləri ilk hissədə hesabı açıblar. Amma ruhdan düşməyən rəqib komanda çox keçmədən tarazlığı bərpa ediblər. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalardan “Karolina Harrikeynz” ikinci hissədə 2 dəqiq zərbə ilə diqqət mərkəzinə düşüb. Sonuncu hissədə bərabərlik üçün irəli atılan Nyu-York idmançıları buna peşman olublar. Karolina kollektivi dördüncü şaybanı rəqib qapısından keçirib.

Beləliklə, 4:1 hesabı ilə qələbə qazanan “Karolina Harrikeynz” böyük üstünlük əldə edib. Komandalar arasında üçüncü oyun avqustun 5-də keçiriləcək.

Xəbər 620 dəfə oxundu.