“Neftçi” klubu Bolqarıstan millisinin üzvü ilə razılaşmayıb
Bakının “Neftçi” futbol klubu Bolqarıstan millisinin üzvü Martin Raynova təklif göndərib.

Paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətində görmək istəsə də, bu, alınmayıb. Tərəflər arasında razılıq əldə olunmayıb.

Bildirilib ki, M.Raynov gələcəyi ilə bağlı bir az daha gözləyəcək. Əgər o, xaricdən istədiyi təklif almasa, yenidən sonuncu klubu Sofiya “Levski”sinə qayıdacaq.

Xəbər 604 dəfə oxundu.