“Torino”da baş məşqçi dəyişikliyi olub
İtaliyanın “Torino” futbol klubunun baş məşqçisi Moreno Lonqo istefa verib.

O, qərarını A Seriyasının sonuncu – 38-ci turunda “Bolonya” ilə keçirilən oyundan sonra açıqlayıb.

Bildirib ki, bu,“Torino”da sonuncu oyunum idi. Məni komandanı elitada saxlamaq üçün dəvət etmişdilər. Mən bunu bacardım”.

Turin təmsilçisinin yeni baş məşqçisi də artıq məlumdur. Klubun idman direktoru Davite Vaqnati yerli mətbuata açıqlamasında “Milan”ın sabiq baş məşqçisi Marko Campaolo ilə razılıq əldə etdiklərini deyib.

Xəbər 777 dəfə oxundu.