“Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Gənclərbirliyi” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisinin rəsmi saytının verdiyi məlumata görə, komandanı Mert Nobre çalışdıracaq.

Otuz doqquz yaşlı braziliyalı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyədə “Fənərbağça”, “Beşiktaş”, “Ərzurumspor” klublarında çıxış edən M.Nobrenin sonuncu komandası məhz “Gənclərbirliyi” olub.

Xəbər 605 dəfə oxundu.