İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
Futbol üzrə İtaliya çempionatının 2020-2021-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.

Yeni mövsüm sentyabrın 19-da start götürəcək. Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.

Qeyd edək ki, A seriyasında koronavirusa görə martdan dayandırılan 2019-2020-ci il mövsümü 3 aydan sonra bərpa edilib və “Yuventus” çempionatın qalibi olub.

Xəbər 571 dəfə oxundu.