“Dallas Meveriks” MBA-nın pley-off mərhələsinə yüksəlib
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında növbəti oyun keçirilib.

Günün əsas diqqət çəkən hadisəsi “Dallas Meveriks”in pley-off mərhələsinə adlamasıdır. Bu, komandanın son 4 ildə ilk belə uğurudur. “Dallas Meveriks” “Finiks Sans”a uduzub. Hərçənd ki, ilk iki periodda daha yaxşı çıxış edən komanda fasiləyə 13 xallıq üstünlüklə yollanıb. Amma son iki hissədə “Finiks Sans” basketbolçuları təşəbbüsü ələ alıblar və 117:115 hesablı qələbə qazanıblar. “Dallas” klubunun 21 yaşlı üzvü Luka Donçiç 40 xal, 8 ribaund və 11 məhsuldar ötürmə ilə görüşə damğasını vursa da, bu, yalnız təsəlli olub. Məğlubiyyətə baxmayaraq “Dallas Meveriks” 4 illik fasilədən sonra pley-offa vəsiqə qazanıb. Komandanın ən yaxın izləyicisi “Memfis Qrizlis”in “San Antonio Spors”a uduzması “Dallas” azarkeşlərini sevindirib.

Qeyd edək ki, “Dallad Meveriks” hazırda Qərb konfransında 7-ci, “Memfis Qrizlis” isə 8-ci yerdədir.

Xəbər 507 dəfə oxundu.