“Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
“Arsenal” klubu “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır.

London klubunun baş məşqçisi Mikel Artetanın 27 yaşlı sambaçının keçidini israrla istədiyi bildirilir.

“Mançester Siti”nin də maraq dairəsində olan D.Karlosun sərbəst qalmaq qiyməti 75 milyon avrodur.

O, bu mövsüm “Sevilya”nın heyətində La Liqada 35 oyunda çıxış edib və 2 qol vurub.

Xəbər 656 dəfə oxundu.