“Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
“Barselona” klubu Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir.

Hazırda 2022-ci ilədək komanda ilə sözləşməsi olan portuqaliyalının müqaviləsi 2025-ci ilə kimi artırılacaq. Bundan başqa onun sərbəst qalmaq qiyməti və maaşı da yüksəldiləcək.

Bir sıra klubların diqqət mərkəzində olan 26 yaşlı portuqaliyalı müdafiəçi bu mövsüm La Liqada 32 oyuna 1 qol və 4 assistlə yadda qalıb.

Xəbər 666 dəfə oxundu.