Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı müəyyənləşib.

Yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında UEFA Millətlər Liqasında Lüksemburqa qarşı oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın avqustun 28-də başlayacağını vurğulayıb.

Mütəxəssis Azərbaycanda koronavirus pandemiyası ilə bağlı avqustun 5-dək məhdudiyyətlərin olduğunu qeyd edib.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.

Xəbər 659 dəfə oxundu.