Futbol üzrə Fransa Liqa kubokunun qalibi müəyyənləşib
İyulun 30-da futbol üzrə Fransa Liqa kubokunun final görüşü keçirilib.

“Stade de France” stadionunda keçirilən görüşdə “Paris Sen-Jermen” klubu “Lion” komandası ilə qarşılaşıb.
Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib.
Penaltı seriyasında daha dəqiq olan “Paris Sen-Jermen” (6:5) tarixində 9-cu dəfə Fransa Liqa kubokunun qalibi olub.


Xəbər 988 dəfə oxundu.