Formula 1: “Racing Point” komandasının pilotu koronavirusa yoluxub
Formula 1–də çıxış edən “Racing Point” komandasının pilotu Serxio Perez koronavirus infeksiyasına yoluxub.

Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, meksikalı pilot COVID-19 testinin şübhəli nəticəsi səbəbindən o, mətbuat konfransını buraxmalı olub. Onun ikinci dəfə verdiyi koronavirus testinin nəticəsi müsbət olub.
S.Peres iyulun 31-dən avqustun 2-dək Silverstounda keçiriləcək İngiltərə Qran-Prisində iştirak etməyəcək.

Xəbər 770 dəfə oxundu.