Sərbəst və yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnir başa çatıb
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edib. Güləşçilərimiz 4 gümüş və 1 bürünc medal qazanıblar.

Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayıblar.

60 kq çəki dərəcəsində yarışan Rövşən Bayramov yalnız finalda gürcü rəqibinə yenilib. Həsən Əliyev də 66 kq çəkidə mübarizə aparıb və həlledici görüşə qədər məğlubiyyətsiz irəliləyib. Qızıl uğrunda görüşdə isə idmançımız Almaniya təmsilçisinə məğlub olub.

Sərbəst güləş yarışlarında baş məşqçi Saypulla Absaidovun rəhbərliyində ölkəmizi Əşrəf Əliyev, Aleksandr Qostiyev, Hacı Əliyev və Məhəmmədhacı Xatiyev təmsil ediblər. Xüsusilə Əşrəf Əliyevlə Aleksandr Qostiyevin mübarizəsi diqqət mərkəzində idi. Bu yarışın yarımfinalında həmyerlilərimiz üz-üzə gəliblər və qarşılaşmadan Əşrəf Əliyev qalib ayrılıb. Finalda rusiyalı Hacı Hacıyevlə qarşılaşan Əşrəf Əliyev gümüş medala sahib olub.

Digər idmançılarımız – 60 kq çəkili Hacı Əliyev bürünc, 84 kq-da güləşən Məhəmmədhacı Xatiyev isə gümüş medal qazanıblar.

Milli.Az


Xəbər 1055 dəfə oxundu.