“Neftçi” baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb
Bakının “Neftçi” futbol klubu baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb.

Müşahidə Şurasının onlayn iclasında F.Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması barədə qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş F.Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Xəbər 664 dəfə oxundu.