AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, mütəxəssislə iyulun 30-da müqavilə imzalanıb. Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

Xəbər 726 dəfə oxundu.