“Neftçi”nin sabiq futbolçusu Uqo Barqas karyerasını Argentinada davam etdirəcək
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Uqo Barqas karyerasını Argentinada davam etdirəcək.

34 yaşlı hücumçu “San Luka” komandası ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, 2017/2018-ci il mövsümündə “Neftçi”də çıxış etmiş futbolçu Bakı təmsilçisinin heyətində 26 oyunda meydana çıxıb və 5 qol vurub. Onun sonuncu klubu isə Salvador təmsilçisi FAS olub

Xəbər 704 dəfə oxundu.