“Real Madrid” ən bahalı futbol brendlərinin siyahısına başçılıq edir
Dünyanın ən bahalı futbol brendlərinin siyahısı açıqlanıb.

Ötən il olduğu kimi bu dəfə də “Real Madrid” siyahıya başçılıq edir. Kral Klubu 1,5 milyard dollarla zirvədə qərarlaşıb. Komandanın ötən illə müqayisədə dəyəri azalsa da, bu onun zirvədəki yerinə təsir etməyib. Madrid klubunun əzəli rəqibi “Barselona” ikinci yerə yüksəlib. Katalonların yüksəlişi “Mançester Yunyted”in üçüncü pilləyə enməsi ilə nəticələnib.

İlk onluğu “Liverpul”, “Mançester Siti”, “Bavariya”, PSJ, “Çelsi”,“Tottenhem” və “Arsenal” tamamlayır.

Xəbər 769 dəfə oxundu.