Ən çox penalti qaçıran futbolçuların siyahısı açıqlanıb
Nüfuzlu “Transfermarkt” ən çox penalti qaçıran futbolçuların siyahısını açıqlayıb.

Siyahıya Lionel Messi başçılıq edir. “Barselona”nın argentinalı ulduzu 22 dəfə bu imkanı əldən verib. “Yuventus”un üzvü Kriştiano Ronaldo və “Roma”nın canlı əfsanəsi Françesko Totti isə hərəyə 18 dəfə penaltidən yararlana bilməyiblər.

İlk onluqda Antonio Di Natale, Edinson Kavani, Ueyn Runi, Serxio Aquero, Ronaldinyo, Ruud van Nistelroy və Arits Aduriz yer alıblar.

Xəbər 1008 dəfə oxundu.