“Zirə” klubu serbiyalı futbolçu ilə ikiillik müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Lazar Corceviç ilə ikiillik müqavilə bağlanıb.

İyirmi səkkiz yaşlı serbiyalı mərkəz müdafiəçisi iyulun 30-da yeni komandasının hazırlıq keçdiyi Qəbələyə yollanacaq.

Qeyd edək ki, Lazar Corceviç “Zirə”nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya “Radniçki”si olub.

Bakı təmsilçisinin ilk əcnəbi futbolçusu isə “Qəbələ”dən ayrılan Klesio Baukdur.

Xəbər 710 dəfə oxundu.