“Milan” səfərdə “Samdoriya”nı böyük hesabla məğlub edib
İyulun 29-da İtaliya A Seriyasının 37-ci turunun növbəti oyunları keçirilib.

Turun maraq doğuran görüşü “Luigi Ferraris” stadionunda baş tutub.

Son vaxtlar yaxşı oyunu ilə diqqət çəkən “Milan” səfərdə “Sampdoriya” komandasının qonağı olub. Görüş Milan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Rossoneri”lərin heyətində Zlatan İbrahimoviç (2), Hakan Çalhanoğlu və Rafael Leao fərqləniblər.

“Milan” 11 oyundur məğlub olmur (8 qələbə, 3 heç-heçə). Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 63-ə çatdıraraq altıncı pillədə, “Sampdoriya” isə 41 xalla 15-ci yerdə qərarlaşıb.

Çempionluğunu vaxtından əvvəl - keçən tur təmin etmiş “Yuventus” səfərdə “Kalyari” klubu ilə görüşdə məğlub olub - 2:0.

UEFA Çempionlar Liqasına vəsiqəsini təmin etmiş “Latsio” öz meydanında autsayder “Breşiya” klubunu qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Latsio”nun heyətində Xoakin Korrea və Ciro İmmobile fərqləniblər. C.İmmobile cari mövsüm vurduğu 35-ci qol olub. O, “Qızıl buts” mübarizəsində “Bavraiya”nın polşalı hücumçusu Robert Levandovskini (34 qol) qabaqlayıb.

Qeyd edək ki, A Seriyasının sonuncu - 38-ci turu avqustun 1-2-də keçiriləcək.

Otuz yeddinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Hellas Verona” - SPAL - 3:0;

“Sassuolo” - “Genoa” - 5:0;

“Udineze” - “Leççe” - 1:2;

“Fiorentina” - “Bolonya” - 3:0;

“Torino” - “Roma” - 2:3;

“İnter” - “Napoli” - 2:0;

“Parma” - “Atalanta” - 1:2.

Xəbər 756 dəfə oxundu.