“Sumqayıt” klubu legioneri ilə müqaviləni yeniləyib
“Sumqayıt” futbol klubu 2020/2021-ci il mövsümü üçün növbəti futbolçu ilə müqaviləni yeniləyib.

Müdafiəçi Cəmaləddin Xocaniyazov qarşıdakı iki mövsümdə də bu komandanın uğurları üçün çalışacaq.

C.Xocaniyazov geridə qalan 2019/2020-ci il mövsümündə 16 oyunda ümumilikdə 1440 dəqiqə meydanda olub. O, oynadığı matçlarda bir məhsuldar ötürmə etməyi də bacarıb.

Xəbər 611 dəfə oxundu.