FIFA milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib
FIFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib.

Futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq.

211 milli assosiasiyanın hər biri, o cümlədən AFFA 1 milyon dollar qrant alacaq. Daha 500 min dollar isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon dollar kredit də götürə biləcəklər.

Xəbər 608 dəfə oxundu.