“Qarabağ” və “Keşlə” yenidən yoxlama görüşündə üz-üzə gələcəklər
Qəbələdə hazırlıq keçən futbol klublarımızdan “Qarabağ” və “Keşlə” yenidən yoxlama görüşündə üz-üzə gələcəklər.

Qarşılaşma avqustun 5-nə təyin olunub.
İyulun 18-də keçirilən oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Qarabağ” ölkəmizi Çempionlar Liqasında , “Keşlə” isə Avropa Liqasında təmsil edəcək.

Xəbər 639 dəfə oxundu.