Həbib Nurməhəmmədovun Castin Getji ilə döyüşünün vaxtı müəyyənləşib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov oktyabrın 24-də təşkilatın müvəqqəti çempionu amerikalı Castin Getji ilə döyüş keçirəcək.

Bunu CNN telekanalının efirində UFC-nin rəhbəri Deyna Uayt açıqlayıb.

Onların döyüşü, əvvəlcə sentyabrın 19-a planlaşdırılsa da, sonradan Rusiya komandası qarşılaşmanın baş tutmayacağını bildirmişdi. İyulun 3-də UFC çempionunun atası, həmçinin məşqçisi Abdulmanap Nurməhəmmədov koronavirus infeksiyasından sonra səhhətində yaranan problemlərə görə dünyasını dəyişib.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Tony Ferqyusonu texniki nokautla məğlub edib.


Xəbər 663 dəfə oxundu.