David Silva karyerasını İtaliyada davam etdirə bilər
“Mançester Siti”dən ayrılan David Silva karyerasını İtaliyada davam etdirə bilər.

İspaniyalı futbolçunu “Latiso” heyətinə cəlb etməyi planlaşdırır. Roma təmsilçisinin artıq Silva ilə danışıqlara başladığı bildirilir. Otuz dörd yaşlı yarımmüdafiəçinin keçidində ən çox komandanın baş məşqçisi Siome İnzaqinin maraqlı olduğu qeyd olunub.

Qeyd edək ki, 2010-cu ildən “Mançester Siti”də çıxış edən Silva Premyer Liqanın sonuncu mövsümündə 6 qol vurub, 10 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu ilə Birləşmiş Ərəb Əmirliklərinin 2 komandasının da maraqlandığı bildirilir.


Xəbər 595 dəfə oxundu.