Şahmatçımız Arkadi Naydiç beynəlxalq festivalda növbəti turu qələbə ilə başa vurub
İsveçrənin Bil şəhərində şahmat üzrə 53-cü beynəlxalq festival davam edir.

Azərbaycan təmsilçisi Arkadi Naydiç klassik şahmat üzrə turnirin 6-cı turunda ispaniyalı David Antona qalib gəlib. Bununla da xallarının sayını 22,5-ə çatdıran şahmatçımız 5-ci yerə yüksəlib.

Qeyd edək ki, turnirin favoriti polşalı şahmatçı Radoslav Voytaşekdir. Onun aktivində 33 xal var.


Xəbər 513 dəfə oxundu.