Qurban Qurbanovun imtina etdiyi klubun yeni baş məşqçisi müəyyənləşib
Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Hatayspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Debütant Ömər Ərdoğanla razılığa gəlib. Qırx üç yaşlı mütəxəssisin təyinatı tezliklə açıqlanacaq.

“Hatayspor” “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, 48 yaşlı mütəxəssis bu dəvəti qəbul etməmişdi.

Xəbər 457 dəfə oxundu.