“Bavariya”nın prezidenti bu il “Ballon d Or”un verilməməsi qərarını sərt tənqid edib
“Bavariya” futbol klubunun prezidenti Karl-Heinz Rummenigge bu il “Ballon d Or”un verilməməsi qərarını sərt tənqid edib.

Əksər liqaların koronavirus pandemiyasına görə tamamlandığını bildirən mütəxəssis qərarın yanlış olduğunu deyib: “Təəssüf ki Fransa “Qızıl top”la bağlı belə bir qərar verib. Mənə görə bu ədalətsiz qərardır. Fransa xaric, əsas liqalar davam etdirilib. Robert Levandovski karyerasının ən yaxşı mövsümünü keçirmişdi. Bu mükafata layiq idi”.

Qeyd edək ki, “France Football” nəşri yaydığı açıqlamada koronavirus pandemiyası səbəbindən yaranan problemə görə “Qızıl top” mükafatının bu il heç kimə verilməyəcəyini açıqlayıb.

Xəbər 511 dəfə oxundu.