Dmitri Nazarovun komandasının kubokdakı ilk rəqibi müəyyənləşib
Futbol üzrə Almaniya kubokunda 2020/2021-ci il mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” klubu ilkin mərhələdə regional liqa klubu “Vürttemberq”lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq. Püşk Dortmund “Borussiya”sı ilə “Duysburq”u üz-üzə qoyub.

Qeyd edək ki, yarışın 1/32 final mərhələsinin oyunları sentyabrın 11-14-də keçiriləcək.

Xəbər 519 dəfə oxundu.