Yurgen Klopp İngiltərədə ilin ən yaxşı məşqçisi seçilib
İngiltərə Məşqçilər Assosiasiyası 2019-2020-ci il mövsümüm başa çatmasından sonra ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Bu ada “Liverpul” klubunun baş məşqçisi almaniyalı Yurgen Klopp layiq görülüb.

“Liverpul” klubu otuz ildən sonra məhz almaniyalı mütəxəssisin rəhbərliyi ilə Premyer Liqanın qalibi olub.

Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi vəzifəsinə gətiriləcəyi də ehtimal edilir.

Xəbər 558 dəfə oxundu.